“ASAN xidmət” mərkəzində dava: həyat yoldaşını döydü

Oxunma sayı: 59118 Noyabr, 2017 19:00

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə Gəncə “ASAN xidmət” mərkəzində baş verib.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə “ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

// ANV.AZ