Paytaxtda “VAZ” və yük avtomobili toqquşub

Oxunma sayı: 18518 Noyabr, 2017 18:00

Bakı şəhərinin Binəqədi rayonunda qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, fakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik və “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar. Əməliyyat başa çatıb.

// ANV.AZ