Bakıda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Oxunma sayı: 29018 Noyabr, 2017 17:00

Paytaxtda kütləvi dava baş verib.

APA-nın verdiyi xəbərə görə, Sabunçu rayonu ərazisində qeydə alınmış hadisə zamanı 2 nəfər bıçaqlanıb.

Paytaxt sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.

Məlumata görə, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.

Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmalara başlayıb.

// ANV.AZ